“Mən burdayam, ilahi!” filminin premyerası baş tutdu

“Mən burdayam, ilahi!”  filminin premyerası baş tutdu
calendar 29 sentyabr 2023
clock 13:16

Sentyabrın 27-də “Park Cinema” kinoteatrlar şəbəkəsində “Mən burdayam, ilahi!” tammetrajlı bədii filminin premyerası baş tutub.

Kulis.az xəbər verir ki, İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə tamaşaçıların ixtiyarına verilən filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşovdur.

Rejissor Q.Əsgərovun sözlərinə görə, real hadisələr əsasında çəkilmiş filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi-psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir.

Üç aydan sonra komadan ayılan Vətən müharibəsi iştirakçısı, anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. İndi o, övladına sahib çıxa bilmək üçün həyatını qaydasına salmağa çalışır.

“CİNEART GROUP” kino şirkəti tərəfindən istehsal olunan filmin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alıb. Filmə texniki dəstək “Ultra Production” kino şirkəti tərəfindən göstərilib. Filmin prodüseri Həsən Axundov, operatoru Vasif Vəlizadə, bəstəkarı Azər Hacıəsgərlidir.

“Mən burdayam, ilahi!” bədii filminin baş sponsoru “İctimai TV”dir. Filmə maliyyə dəstəyi göstərənlərdən biri də “Animed” əczaçılıq şirkətidir.

Xatırladaq ki, “Mən burdayam, ilahi!” bədii filmi 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ən yaxşı prodüser işi” (Nicat Dadaşov və Həsən Axundov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən filmə informasiya dəstəyi və maliyyə dəstəyi də göstərib.

# 1352 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news