Mənsum İbrahimova vəzifə verildi

Mənsum İbrahimova vəzifə verildi
calendar 7 sentyabr 2023
clock 13:21

Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Kulis.az xəbər verir ki, Axşam.az-a açıqlamasında sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayacağını bildirib:

"Ölkəmizdə muğama hər zaman diqqət ayrılıb. Buna görə Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mən də bir əsgər kimi muğama hər zaman xidmət edəcəyəm. Bu vəzifəni məndən əvvəl Xalq artisti Arif Babayev icra edirdi. Hazırda səhhəti ilə bağlı bəzi problemləri var. Ona görə də mənə həvalə olundu. Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım. Arif Babayev hər zaman olduğu kimi konservatoriyamızın professoru olaraq qalır. Konservatoriyada təhsil üçün bütün şərait var. Bu etimadı mənə göstərdiyi üçün Siyavuş Kərimiyə ( Azərbaycan Milli Konservatoriyasının rektoru - red.) təşəkkür edirəm. Ölkəmizin bütün istedadlı xanəndələri universitetimizdədir".

Qeyd edək ki, M.İbrahimov bu günə kimi Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin müəllimi işləyib.

# 2248 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news