Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır "

Mərkəzi Klinikanın baş həkimi:  “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır "
calendar 24 sentyabr 2023
clock 16:05

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, baş həkim bildirib ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Klinikanın təcili yardım şöbəsinə müraciət edib: “Bizə müraciət edəndə huşu aydın deyil idi. Bütün kliniki göstəriciləri şok klinikası ilə uyğun idi. Xəstə reanimasiya şöbəsinə alındı. Hal-hazırda Qənirə xanımın müalicəsi reanimasiya şöbəsində davam edir.

Deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.

Müalicələr davam edir, lazımı konsultasiyalar olunur. Birdən çox bütün tibbi ixtisas həkimləri müalicəyə cəlb olunub. Əlimizdə olan bütün tibbi imkanlardan istifadə olunur. Türkiyədəki həmkarlarımızla da daimi əlaqədəyik. Qənirə xanımın bu ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır, indi əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Aparılan müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub, lakin xəstəmizin çox ağır vəziyyəti davam etməkdədir. Hələ də huşu aydın deyil”.

O da bildirilib ki, deputat süni nəfəs aparatına qoşulub.

# 4566 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news