Məşhur aktrisa narkotikə görə saxlanıldı

Məşhur aktrisa narkotikə görə saxlanıldı
calendar 14 may 2024
clock 12:51

Aktrisa Feyza Civelek polis tərəfindən saxlanılıb.

Kulis.az xəbər verir ki, 29 yaşlı aktrisanın narkotik sifariş etdiyi ortaya çıxıb.

Hadisə 29 oktyabr 2023-cü ildə baş verib. Beşiktaş İctimai Asayiş Bürosuna bağlı qruplar Ulus rayonunda 2 şübhəli şəxs - Ömer Faruk A. və Selçuk Ç.-ni saxlayıb.

Axtarış zamanı Selçukun üzərindən 0.04 qıram kokain çıxıb. Onun telefonuna həmin əsnada zənglər gəlib. Zəng edən xanım "Malı gətirdiniz" deyə soruşub. Bəlli olub ki, telefon arxasında aktrisa Feyzadır. Aktrisa da daxil olmaqla hər 3 nəfər polis bölməsinə aparılıb.

Feyza polisə açıqlamasında Selçukun hesabına kokain gətirmək üçün 6 min lirə göndərdiyini, kokainin isə adını bilmədiyi dostuna aldığını iddia edib. O, qəbzi də polisə göstərib. Aktrisa sifarişi verərkən sərxoş olduğunu da əlavə edib.

Ədliyyəyə sövq edilən Səlcuq Ç. narkotikin alveri və ya tədarükü maddəsi ilə həbs edilib. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən şübhəli şəxsə qarşı eyni cinayətə görə 15 ildən az olmamaq şərti ilə həbs cəzası tələbi ilə iddia qaldırılıb.

Feyza sifariş etdiyi dərmanları alınmadığı üçün barəsində cinayət işi açılmayıb. Onun evində və üzərində polis tərəfindən aparılan axtarış zamanı narkotik vasitə tapılmayıb.

# 673 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news