Məşhur bəstəkar Bakıda çıxış edəcək

Məşhur bəstəkar Bakıda çıxış edəcək
calendar 24 oktyabr 2023
clock 17:30

Tanınmış alman bəstəkarı və pianoçusu Florian Kristl oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək.

Kulis.az xəbər verir ki, Florian Kristl özünün Avropa, İngiltərə və Cənubi Qafqaza böyük payız turu çərçivəsində üç albomdan - “Inspiration” (2018), “Episodes” (2020) və əks-səda salmış “About Time”dan (2022) ibarət kompozisiyanı təqdim edəcək. İfaçı konsert proqramına 2024-cü ilin aprelində hazırlanması nəzərdə tutulan albomundan yeni kompozisiyalar daxil edib.

Florian Kristlin fortepianoda coşqun ifa tərzi və kompozisiyalarının xüsusi üslubu, həmçinin, cəlbedici və çox təsiredici olması münxenli bəstəkarın musiqiyə hərtərəfli sevgisini nümayiş etdirir. Fortepianonun bəzən sakitləşdirici, yaxud da güclü səsləri, müstəsna dərəcədə yaradıcı simli aranjirovkada Florian Kristlin musiqisini unikal edir. İmprovizə pianoçunun mühüm yaradıcı üslubudur. Onun üçün əsər tam şəxsi, ən yaxın prosesdir ki, bəstəkar öz musiqisi və düşüncələri ilə təkbətək qalır. Onun məqsədi düşünmək üçün məkan, özünü şux hiss etməkdən ötrü reallığı arxada buraxmaq və xəyallara qapılmaq üçün lazım olan məkanı yaratmaqdan ibarətdir.

AZƏRTAC

# 879 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news