Məşhur müğənni: "Daha qızlar mənə baxmırlar"

Məşhur müğənni:  "Daha qızlar mənə baxmırlar"
calendar 25 oktyabr 2024
clock 13:43

Türkiyəli müğənni Rafet El Roman son açıqlaması ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, 2 dəfə boşanan ifaçı yenidən evlənə biləcəyini deyib:

"Evliliyə qarşı deyiləm, yenidən evlənəcəyəm. Hazırda şou-biznesdə hamı evlənir. Məncə, bu, bir az göstəriş üçündür. Evliliklərin davam etməməsi təkcə məşhurların dünyası ilə bağlı deyil, yaşam tərzi ilə əlaqəlidir. Ata-analarımız belə deyildi. Əxlaq, ədəb var idi. O yoxa çıxandan sonra hər sahədə boşluq yarandı".

3 övladı olan Rafet alimentləri vaxtında ödədiyini, hətta keçmiş xanımlarına özünün baxdığını deyib:

"Aliment problemim yoxdur, övladlarıma da, analarına da mən baxıram. Bunu sevərək edirəm. Onlar da bunu inkar etməzlər".

İfaçı şorgöz olması haqqında çıxan xəbərlərə isə belə reaksiya verib:

"Haradasa bilmədiyim uşağım var, ya yoxdur, bilmirəm. Amma belə bir şey olsa, onu da mütləq himayə edərəm.

Təhlükəli idman növlərini sevmirəm. Məni əks cinsin nümayəndələri daha çox cəlb edir. Amma artıq gənc qızlar mənə baxmırlar. Deyəsən, qocalıram. Davamlı sevgi münasibətim yoxdur. Qadından qadına qaçmaq çox yorucudur. Lakin yaxşı həyat yoldaşınız varsa, çox gözəl vaxt keçirərək həyatdan zövq alacaqsınız".

Qeyd edək ki, Rafet 2003-cü ildə Tuğba Altıntopla boşanıb. Bu evlilikdən onun iki qızı var.

Onun Yeşim Eryıldırımla münasibətdən 1 oğlu var. İfaçı 2014-cü ildə Ceren Kaplakarslan ailə həyatı qurub. Onlar 2017-ci ildə boşanıblar.

# 315 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news