Mikayıl Azaflının şeirləri yeni kitabda

Mikayıl Azaflının şeirləri yeni kitabda
calendar 22 aprel 2024
clock 18:30

XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq olmaqla yanaşı, həm də şair kimi məşhur olan, aşıq şeirinin müxtəlif şəkillərində gözəl poetik nümunələr yaradan Mikayıl Azaflının şeirləri yenidən çapa hazırlanıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...” adlı bu kitabda ustad aşıq Mikayıl Azaflının bu il tamam olan 100 illik yubileyi münasibətilə saz-söz ictimaiyyətinə ərməğan olaraq onun 100 şeiri təqdim olunur.

Burada ustadın yaradıcılığından seçmə şeirlər - əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alıb. Sözügedən poetik örnəkləri müşayiət edə biləcək saz havaları, o cümlədən də ustadın özünün bəstələdiyi havalar şeirlərin sonunda göstərilib.

Kitabı nəşrə hazırlayanlar Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçi və redaktoru, “Ön söz”ün müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

# 839 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news