Mikayıl Müşfiqin qalıqları aşkar edildi? - Açıqlama

Mikayıl Müşfiqin qalıqları aşkar edildi? - Açıqlama
calendar 5 iyun 2024
clock 11:48

“Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmən qalıqların ona aid olmadığı təsdiqlənib.”

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

O bildirib ki, nakam şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb: “Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”.

Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.

Xatırladaq ki, bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.

# 1913 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news