Mikayıl Müşfiqin şeirləri xarici ədəbiyyat portallarında yayımlandı

Mikayıl Müşfiqin şeirləri xarici ədəbiyyat portallarında yayımlandı
calendar 26 iyul 2023
clock 12:20

İspaniyanın populyar “Alquibla”, Almaniyanın “Spruechetante” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirlərinin yayımına başlayıb.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri – alman filoloqu Kerstin Kraps və mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Spruechetante” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Xuan Gil Albert, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Haruki Murakami, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fonten, Carlz Dikkens, Tomas Braun kimi dünya yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

AZƏRTAC

# 805 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news