“Min bir gecə” baleti təqdim edildi

“Min bir gecə” baleti  təqdim edildi
calendar 22 noyabr 2023
clock 16:45

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim edib.

Kulis.az xəbər verir ki, tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa ediblər.

Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada, həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış ediblər.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Fikrət Əmirov Azərbaycan və SSRİ-nin Xalq artisti, Sosial Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatıdır. Bəstəkar klassik musiqinin bir çox janrlarında - balet, opera, operetta, simfoniya kimi dəyərli əsərlər yazıb-yaradıb.

Fikrət Əmirovun "Min bir gecə" baleti uzun illərdir ki, Opera və Balet Teatrının repertuarında səhnələşdirilir.

# 1000 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news