Mirmehdi Ağaoğlunun yeni kitabı təqdim olunacaq

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu

calendar 4 noyabr 2021
clock 09:45

Noyabrın 10-da Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü olacaq.

Kulis.az APA-a istinadən xəbər verir ki, təqdimat mərasimi saat 18:00-da "LIBRAFF"ın "Park Akademiya" filialında (Elmlər Akademiyası m/s-nın əsas girişi ilə üzbəüz) keçiriləcək.


Tədbir 20:00-dək davam edəcək.

Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxildir.

Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmən vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər.

“Zəfərin izi ilə” “Mücrü” nəşriyyatında çap olunub.

Kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

Təqdimat mərasimi və imza gününə hər kəs dəvətlidir.

# 2878 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news