“Molla Nəsrəddin 2022” tamaşasının premyerası oldu

“Molla Nəsrəddin 2022” tamaşasının premyerası oldu
calendar 25 iyun 2022
clock 14:40

Səhnə teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” adlı tamaşasının premyerası iyunun 23 də Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində təqdim olundu.

Kulis.az xəbər verir ki, teatr tənqidçilərinin, mətbuat nümayəndələrinin də iştirak etdiyi premyera anşlaqla keçdi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Əməkdaşımızla söhbətində teatrın bədii rəhbəri Xaqani Əliyev qeyd etdi ki, Molla Nəsrəddin obrazı indiyə kimi hazırlanan tamaşalarda adətən müdriklik zirvəsinə ucalmış nurani qoca kimi təsvir edilirdi. Biz qorxmadan tamam başqa seçim edərək fərqli mövqe sərgilədik. Müdriklik yaşına çatmamış, bəzən emosiyalarına hakim kəsilə bilməyən bizim Molla Nəsrəddin indiyə kimi təqdim edilmiş “düşündürərək güldürən” Molla Nəsrəddinlərdən cavanlığı və müasirliyi ilə fərqləndi. ” Cavan” Molla Nəsrəddinin tamaşaçılar tərəfindən alqışlarla qarşılanması obraza belə mövqedən yanaşmanın qorxulu olmadığını sübut etdi.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, rejissoru İmran Ali Qurban, musiqi tərtibatçısı Nicat Cəbrayılovdur.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Mahir Mirişli, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva iştirak edirdilər.

# 1566 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news