Moskvada azərbaycanlı şairin xatirəsi anıldı

Moskvada azərbaycanlı şairin  xatirəsi anıldı
calendar 4 oktyabr 2023
clock 18:40

Moskvada azərbaycanlı şair və dramaturq Miryusif Mirnəsiroğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, gecə şairin Moskvanın “Bakı” kinoteatrında illər əvvəl keçirilmiş yaradıcılıq gecəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra tədbirin təşkilatçılarından olan Moskva Qərb inzibati dairəsi üzrə Azərbaycanlıların Mili Mədəni Muxtariyyətinin sədri Əli Kazımov çıxış edərək, Miryusif Mirnəsiroğlunun həyat və yaradıcılığından danışıb.

Gecədə tarixçi alim, professor, şair Əşrəf Hüseynli, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, şair Afaq Şıxlı, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov, ictimai xadim Əhməd Abulov, “Əhli beyt” dini cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov çıxış ediblər. Natiqlər şairin poeziyasında insanlığa, Vətənə sevgi mövzularının ön plana çıxdığı vurğulanıb.

Şairin oğlu Miryunis Mirnəsiroğlu atasının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə dərin minnətdarlığını bildirib.

Gecənin aparıcıları jurnalistlər - Tünzalə Vəliqızı və Cəfərsadıq Abbasov hər təqdimatdan əvvəl şairin həyatı, yaradıcılığı haqqında görüş iştirakçılarına məlumat verir, rübailərini səsləndiriblər.

Gecənin nəğməli qonaqlarından Azərbaycanın tanınmış müğənnisi Fədayə Laçın Miryusif Mrnəsiroğlunun sözlərinə Bəhram Nəsibovun bəstələdiyi “Şahnaz təsnifi” və “Qal, sənə qurban” mahnılarını ifa edib. Azərbaycanın Xalq artisti Sərxan Sərxanın ifasında milli vətənpərvərlik ruhunda mahnılar maraqla qarşılanıb.

# 991 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news