Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açıldı - Foto

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açıldı - Foto
calendar 9 oktyabr 2023
clock 13:45

Moskvada “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” adlı sərgi açılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonunda açılan Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR RUS” törəmə bölməsi və Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.

Neft və qaz sənayesi işçilərinin peşə bayramına həsr olunan sərgini açan “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinin hərtərəfli diqqətə layiq olduğunu qeyd edib. “Hacı Zeynalabdin Tağıyev öz vəsaitini böyük humanitar layihələrə xərcləyib. Bu layihələr həm Azərbaycana, həm də Rusiyaya həsr olunub. O, azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət yetirib, Azərbaycanda gimnaziya açıb. Sentyabr ayında biz həm Azərbaycanda, həm də Rusiyada Neftçilər Gününü qeyd edirik və qərara gəldik ki, “Azərbaycan” pavilyonunda bu möhtəşəm insana həsr olunmuş fotosərgi təşkil edək, onun keçdiyi həyat yolu haqqında məlumatları təqdim edək”, - deyə S.Kadırova vurğulayıb.

Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərginin qonaqları həmçinin sənayeçi və xeyriyyəçinin tərcümeyi-halı, Azərbaycanın neft sənayesinin tarixi ilə yaxından tanış ola biliblər.

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb - FOTO

# 1080 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news