M.Teatr Türkiyədə ölkəmizi təmsil etdi

M.Teatr  Türkiyədə ölkəmizi təmsil etdi
calendar 24 may 2024
clock 12:00

Müstəqil M.Teatr - "Mənim Teatrım" ölkəmizi Türkiyə Cumhuriyyətinin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında təmsil edib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, 21 may tarixində teatrın yaradıcı heyəti Ştefan Svayqın “Yad qadının məktubu” tamaşası ilə “Konya Tantavi Kültür ve Sanat Merkezi”nin səhnəsində Türkiyə tamaşaçıları və xarici ölkələrdən qatılan sənətçilər qarşısında çıxış edib.

Tamaşadan sonra Türkiyə Cümhuriyyəti Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı tərəfindən "Teatrın festivaldakı iştirakına görə" fəxri mükafatı ilə təltif olunub.

Qeyd edək ki, məhşur avstriya yazıçısı Ş.Svayqın “Yad qadının məktubu” novellası əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyevadır.

Rəğbətlə qarşılanan tamaşada rolları Vidadi Həsənov (Hakim), Oksana Rəsulova (Qadın) və Ziya Ağa (Yazıçı) ifa ediblər.

# 732 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news