Münəvvər Əliyeva: "Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin"

Münəvvər Əliyeva:  "Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin"
calendar 8 iyun 2023
clock 13:27

"Fuad Poladovla ömrünün son günlərində çox yaxın idik. İlk televiziya layihəm olan Mehriban Ələkbərzadənin "Cəza" filmində tanış olduq. Onun yanında adam tir-tir əsirdi. Sonuncu birgə layihəmiz "Mələyin öpüşü" idi. Filmdə tərəf müqabili olduq. O vaxta qədər biz artıq dostlaşmışdıq. Dərdimizi bölüşürdük. Çox unikal bir insan idi".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva "Ötən günlər" verilişində deyib. Mərhum Xalq artisti Fuad Poladovdan bəhs edən aktrisa onun həyatının son anlarından danışıb:

"Son zamanlarında tez-tez telefonla danışırdıq. Həmin vaxtlar keçirtdiyi ağrıları onunla bir hiss etdim. Son telefon danışığında onun necə mərdcəsinə ölümü gözlədiyini, bezdiyini gördüm. Deyirdi, kaş ölüm tez gələrdi. Mən də eyvanda oturub onun ölümünü hiss edirdim. Fuad Poladov böyük şəxsiyyət, çox vicdanlı insan idi. Bu insanda eqo görmədim, "mən-mən" eşitmədim".

Qeyd edək ki, F. Poladov 2018-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

axşam.az

# 1370 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news