Müşfiqin evinin bərpası mümkün deyil – Nazirlikdən açıqlama

Müşfiqin evinin bərpası mümkün deyil – Nazirlikdən açıqlama
calendar 6 iyun 2022
clock 17:40

“Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin Bakı şəhərində vaxtilə yaşamış olduğu evin bərpasına köməklik göstərilməsi barədə şəhər sakinləri tərəfindən də Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb”.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, lakin cavab olaraq bildirilib ki, bərpası nəzərdə tutulan ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli, 56 saylı Qərarına əsasən Bakı şəhərində torpaq sürüşməsi təhlükəsi hesab olunan ərazidə - “2-ci Nərimanov prospekti döngəsi sürüşmə sahəsi”ndə yerləşir.

“Həmçinin qeyd olunub ki, sürüşmə təhlükəsi olan həmin ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işləri aparılır. Bu səbəbdən, qeyd olunan ərazidə muzey yaradılması və ya abidə ucaldılması məqsədəuyğun hesab edilməyib”, - məlumatda vurğulanır.

Qeyd edək ki, sosial şəbəkələrdə Mikayıl Müşfiqin doğulduğu evin yerləşdiyi ərazinin fotoları yayılıb və həmin əraziyə lövhə qoyulub.

# 1816 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news