Musiqi və incəsənət məktəblərinə müəllimlərin müsahibə mərhələsi başa çatıb

Musiqi və incəsənət məktəblərinə müəllimlərin müsahibə mərhələsi başa çatıb
calendar 9 avqust 2024
clock 18:05

Avqustun 8-də musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Mədəniyyət Nazirliyindən Kulis.az-a bildirilib ki, müxtəlif ixtisaslar üzrə keçirilən imtahanlarda ümumilikdə 286 nəfər namizəd iştirak edib.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən keçid balını toplamış və vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı müvafiq qaydada yaradılmış 16 komissiya tərəfindən yoxlanılıb.

Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin “MyCulture” vahid şəxsi kabinetinə (my.culture.az) göndəriləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

# 559 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news