Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır
calendar 27 aprel 2024
clock 11:50

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin musiqisi və yazıçı-folklorşünas Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında “Bir qalanın sirri” tamaşası səhnəyə qoyulur.

Kulis.az xəbər ki, uzun hazırlıq prosesindən sonra əsərin kino variantının səhnəyə köçürülməsi işini quruluşçu rejissor Elməddin Dadaşov, böyük bəstəkarın ecazkar musiqisinin Musiqili Teatrın simfonik orkestrinə uyğunlaşdırması işini isə bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev yerinə yetirib.

Səhnə əsərinin bədii rəhbəri fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasiyev, İqrar Salamov, Prezident mükafatçıları Səməd Xasiyev, Hüseyn Əlili, Əmrah Dadaşov, Mehriban Zaliyeva, aktyorlar Şaban Cəfərov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elçin İmanov, Nicat Həbibov, Sübhan Rüstəmov, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov rol alıblar. Kütləvi səhnələrdə teatrın xor və balet artistlərinin çıxışları da nəzərdə tutulub.

Qeyd edək ki, “Bir qalanın sirri”ndə döyüş səhnələrinin təşkili Xalq artisti Pərviz Məmmədrzayevə həvalə olunub.

# 717 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news