Muzey Mərkəzində Elmir Mirzəyevin mühazirəsi keçiriləcək

Muzey Mərkəzində Elmir Mirzəyevin mühazirəsi keçiriləcək
calendar 17 aprel 2024
clock 09:30

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzi aprelin 19-da saat 16:00-da Muzey Mərkəzində bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “İqor Stravinskinin “Toy"u və rus musiqisinin arxetip başlanğıcı” adlı mühazirəsini keçirəcək.

Kulis.az xəbər verir ki, İ.Stravinskinin “Toy” əsəri onun “rus dövrü”nə yekun vuran ən maraqlı əsərlərindən biridir. Partitura bəstəkarın uzun müddət yaradıcılıq dostu olmuş Sergey Pavloviç Dyaqilyova həsr olunub. “Həyatımın salnaməsi” əsərində Stravinski “Toy”u balet adlandırsa da, xoreoqrafik hərəkət tamamilə şəxsiləşdirilməyib və tamamilə Kürəkən, Gəlin, Kürəkənin anası və Dostunu təmsil edən personajların şərti xarakterini təsvir edib. “Toy”un premyerası 1923-cü il iyunun 13-də Parisin Qyete-Lirik Teatrında baş tutub.

Elmir Mirzəyev Stravinskinin “Toy” əsərinin nümunəsində Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov, Sergey Prokofyevin əsərlərinə toxunacaq. Mühazirə zamanı şairlər Vyaçeslav İvanov, Konstantin Balmont, Valeri Bryusov, Nikolay Qumilyov, Velimir Xlebnikov, Aleksandr Blok və Marina Tsvetaevadan da bəhs ediləcək. E.Mirzəyev estetik düşüncəsi ilə vizual yaradıcılıq və rəqs sənətində bəzi “ahənglər” yaratmaqla, “Gümüş dövrü”nun ümumi tendensiyasını ifadə edən “Skiflər” ədəbi birliyinə nəzər salacaq.

O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bəstəkar ixtisası üzrə bitirib. Tələbəlik illərində beynəlxalq proqramlarda, ustad dərslərində, seminar və kurslarda fəal iştirak edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Köln Konservatoriyasında dərs deyib, Gürcüstan, Çexiya, Özbəkistan və Türkiyə kimi ölkələrdə mühazirələr oxuyub. 1995-ci ildə qurulan və postsovet dövründə ilk müasir musiqi kollektivi olan “SoNoR” ansamblının bədii rəhbəri olub.

# 716 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news