Nadir Bədəlovun kitabı çap olundu

Nadir Bədəlovun kitabı çap olundu
calendar 20 fevral 2023
clock 17:40

Sənətşünas, ssenarist Nadir Bədəlovun ssenari yaradıcılığına həsr olunmuş "Kino gözlə söz arasında" kitabı işıq üzü görüb.

Kulus.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kİtab III hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.

Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.

“Filmin estetikası” hissəsi, adından göründüyü kimi, filmin estetikasında həlledici olan film rejissorluğu haqqındadır. Kitabın original aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri təmamilə yeni rakursdan analiz edilir.

Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət dünyada ən popular ssenari ustadlarının – Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin ensiklopediyasının olmasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.

Yeni çıxan kitabın dərslik vəsaiti kimi də əhəmiyyəti yüksəkdir. AKİ gənc kinematoqrafçıların dərslik və peşə ədəbiyyatı təminatını ittifaqın fəaliyyətinin vacib aspekti sayır.

“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovdur. Redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyeva, korrektoru Flora Əliyeva, tərtibatçı İsmayıl Süleymanlı, dizayneri Ramin Həsənəlizadədir. Kitab “Parlaq imzalar” nəşriyyatı ilə əməkdaşlıq nəticəsində nəşr olunub.

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news