Napoleonun məktub yazdığı sultanın qılıncı 17 milyon dollara satıldı

Napoleonun məktub yazdığı sultanın qılıncı 17 milyon dollara satıldı
calendar 16 iyun 2023
clock 19:50

XVIII əsrdə Hindistanın müsəlman kralı olan Tipu Sultanın (1790–1800) yataq otağı qılıncı Londonda keçirilən hərracda 14 milyon funta (17,4 milyon dollar) satılıb.

Kulis.az xəbər verir ki, Bonhams hərrac evindən verilən açıqlamaya görə, çərşənbə axşamı hərracda təxmini alış dəyərindən 7 dəfə baha qiymətə satılan qılınc, Hindistan və İslam mədəniyyət abidəsinin əvvəlki rekordunu qırıb. Bu xəbəri Pakistanın "The Times of Islamabad" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Tipu Sultan 1399-cu ildə Hindistanda yaranan Maysur əmirliyinin sultanı olub. Britaniya və Fransanın müstəmləkəçilərinə qarşı rəşadətlə döyüşüb.

Tipu Sultan isə 1788-ci ildə Parisə səfər edib və kral sarayında (Versalda) təntənə ilə qarşılanıb. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı fransız müstəmləkələrinin hamısını işğal etdilər.
Tarixdən o da məlumdur ki, 1799-cu ildə Napoleon Maysur hakimi Tipu Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif edib. Lakin uzun yol gedən məktub Maysur hakiminə çox gec çatıb...

"Maysur pələngi" ləqəbi ilə tanınan sultanın dönəmində Maysur əmirliyi Hindistanda mədəniyyət və incəsənətin ən əhəmiyyətli mərkəzlərindən biri olaraq tanınırdı.

musavat.com

# 939 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news