Nazir dünya şöhrətli musiqiçi ilə görüşdü

Nazir dünya şöhrətli musiqiçi ilə görüşdü
calendar 18 noyabr 2021
clock 14:50

Tanınmış violin ifaçısı, dirijor, əslən Bakıdan olan Dmitri Sitkovetski Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə yubiley tədbirlərinə dəvət alaraq Bakıya gəlib. Səfər çərçivəsində 17 noyabrda D.Sitkovetski mədəniyyət naziri Anar Kərimovla görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli və mədəniyyət nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da iştirak ediblər.

Məşhur musiqiçini səmimi salamlayan Anar Kərimov onu Bakıda görməyindən məmnunluğunu ifadə edib. Həmçinin yaradıcılığını yaxından izlədiyini vurğulayıb.

Dəvət üçün nazirə təşəkkürünü ifadə edən D.Sitkovetski Azərbaycana hər səfərinin dərin və xoş təəssüratlarla yaddaşına həkk olunduğunu, hər dəfə yeniliklərə, inkişafa şahidlik etdiyini bildirib.

Azərbaycanda yaşayan musiqiçilər dünya şöhrətli pianoçu Bella Davidoviçin və violin ifaçısı Yulian Sitkovetskinin ailəsində Bakı şəhərində dünyaya gələn sənətkar qəlbən özünü hər zaman bakılı hesab etdiyini bildirib. Həmçinin ölkəmizdə klassik musiqi ənənəsini dirçəltməyin, dünya şöhrətli ifaçıların iştirakı ilə müxtəlif rəngarəng festivalların keçirilməsinin əhəmiyyətindən danışıb. O, bundan sonra da sözügedən ənənələri yaşatmaq üçün öz üzərini düşən öhdəlikləri qürurla yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, noyabrın 18-19-da musiqiçinin iştirakı ilə Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Dmitri Sitkovetskinin ustad dərsi və çıxışı baş tutacaq.

# 1555 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news