Nazirlik: "Ağsuda musiqi məktəbinin binası qəzalı vəziyyətdədir"

Ağsu şəhər Uşaq Musiqi Məktəbi

Ağsu şəhər Uşaq Musiqi Məktəbi

calendar 23 fevral 2023
clock 10:20

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimli nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonundakı Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Mədəniyyət Mərkəzi, Mədəniyyət evi, Ağsu şəhər Uşaq Musiqi Məktəbi və Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib.

Kulis.az xəbər verir ki, nazirlikdən APA-ya verilən xəbərə görə, həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, yaradıcı insanların, o cümlədən, istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq Musiqi Məktəbinə baxış zamanı məktəb binasının qəzalı vəziyyətdə olduğu və belə şəraitdə tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib.

Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı öyrənildikdən sonra hazırkı vəziyyətdə tədrisin mövcud binada davam etdirilməsinin təhlükəli olduğu bildirilib. Müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılması, tədrisin bu müddətdə digər binada davam etdirilməsinə qərar verilib.

# 995 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news