Nazirlik Mingəçevir Teatrında “ölü canlar”ın olmasına dair iddianı araşdırır

Nazirlik Mingəçevir Teatrında “ölü canlar”ın olmasına dair iddianı araşdırır
calendar 22 sentyabr 2022
clock 13:30

Teatrda 12 nəfərə yaxın “ölü canlar”ın olmağı yenilik deyil. Mən Mingəçevir Teatrında 8 aya yaxındır, işləyirəm və bu aylar ərzində nə bir aktyoru işə götürmüşəm, nə də kimisə işdən çıxarmışam”.

Bunu APA-ya açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev deyib.

O bildirib ki, teatrda adı ştatda olub, lakin aktyor kimi fəaliyyət göstərməyən şəxslərin varlığından xəbərdardır: “Biz bunu həll etməyə çalışsaq da, hələ ki, həllini tapmayıb. Çünki mən nə işə adam götürürəm, nə də işdən adam çıxarıram”.

Mingəçevir Dram Teatrının direktoru Anar Quliyev isə APA-ya açıqlamasında bildirib ki, teatrda "ölü canlar"ın olması faktı yalandır: "Qəti olaraq, deyirəm ki, bizim teatrda "ölü canlar" məsələsi yoxdur və ola bilməz. Mən 8 ildir, teatrda çalışıram və onun il yarımını direktoram. Burada məsələ odur ki, deyilən 10-12 adam teatrda aktyor ştatında qeydiyyatdadır, lakin işçi kimi teatrın sexində çalışır, yaxud dekorasiya işləri ilə məşğuldur və yaxud tamaşanın hazırlanması üçün lazım olan digər sahələrdə fəaliyyət göstərirlər. Yəni onlar aktyor ştatındadır, sadəcə ehtiyac var deyə, digər yöndə fəaliyyət göstərirlər. Bu, bütün dünyada ola biləcək bir haldır, praktikadır. Yekun olaraq deyim ki, "ölü canlar" məsələsi Mingəçevir Dram Teatrında yoxdur".

Mədəniyyət Nazirliyindən isə APA-nın sorğusuna cavab olaraq teatrın direktoru və baş rejissorunun Nazirliyə dəvət olunduğu bildirilib: “Sözügedən məsələ ilə bağlı araşdırma aparılır. Məsələ öz həllini tapdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə Mingəçevir Dövlət Dram Teatrında "ölü canlar"ın - adı ştatda olub, özü işə gəlməyən şəxslərin olması barədə narazılıqlar yazılır. Bildirilib ki, sözügedən qüsuru rəhbərlik bilsə də, heç bir tədbir görülmür.

# 1409 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news