Nazirlik: Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinə maliyyə ödənilib

Nazirlik:  Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinə maliyyə ödənilib
calendar 23 noyabr 2022
clock 16:00

Müəyyən edilən maliyyə ödənişi yerinə yetirilmədiyindən “Bozdağ” film şirkətinin Vətən müharibəsi ilə bağlı serialın çəkilişlərini dayandırması barədən yayılan söhbətlər əsassızdır.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, “Bozdağ” film şirkətinə maliyyə vəsaitinin ödənilməməsi ilə bağlı fikirlər yanlışdır: “Maliyyə prosedurları icra olunub. Hazırda “Bozdağ” film şirkəti ilə əməkdaşlığımız davam edir və Vətən Müharibəsini özündə əks etdirən 8 seriyalı filmin çəkilişləri ilə bağlı ssenarinin yazılması, hazırlıq dövrü, məkanların axtarışı, aktyorlarla iş kimi proseslərin bəziləri bitib, bəziləri isə davam edir. Çəkilişlərə isə gələn il mart ayında başlanılacaq. Bu barədə bir neçə gün öncə şirkətin rəhbəri Mehmet Bozdağ da Azərbaycan mediasına açıqlamasında bildirib”.

# 2080 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news