Nərgiz Cabbarlı ilə tələbələrin görüşü keçirildi

Nərgiz Cabbarlı ilə tələbələrin görüşü keçirildi
calendar 15 dekabr 2022
clock 14:40

Nərgiz Cabbarlı ilə tələbələrin görüşü olub

Kulis.az xəbər verir ki, bu gün Azərbaycan Dillər Universitetinin "Bədii tərcümə klubu"nda tərcüməçi, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı ilə görüş keçirilib.

Görüşdə Nərgiz xanım tələbələrə Azərbaycanın görkəmli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verib. O, milli ideologiyanın təbliğatçılarından olan, uzun illər təhsil sahəsində çalışan və məhz cəmiyyətin, xalqın düşünən beyinlərindən olduğu üçün repressiyaya uğradılan Əhməd Cavad haqqında yazılan xatirələrə, tarixi faktlara istinad edərək fikrini nümunələrlə izah edib, bu isə tələbələr tərəfindən yüksək maraqla qarşılanıb.

Sonda Nərgiz Cabbarlı tələbələrin şairin həyatı və yaradıcılığı, müasir ədəbiyyat və tərcümə problemləri, tərcüməçi üçün lazım olan xüsusiyyətlər haqqında suallarını real faktlar əsasında cavablandırıb. Əhməd Cavad kimi milli isitiqlal aşiqinin yaradıcılığına bələd olmağın, onu tanımağın hər bir vətənpərvər vətəndaşın mənəvi borcu olduğunu bildirən tənqidçi sonda bu cür görüşlərin təşkil edilməsinin vacibliyini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news