Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi
calendar 26 aprel 2024
clock 10:30

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi, Xalq artisti Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova, Nəriman Məmmədovun qızı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kaminə Məmmədova bəstəkarın yaradıcılıq yolu, musiqi mədəniyyətimizdəki xidmətlərindən danışıblar. Onların çıxışı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Nəriman Məmmədovun şəxsi arxivi əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub. Pedaqogika üzrə elmlər doktoru, professor Nazim Kazımov Nəriman Məmmədovla bağlı xatirələrini bölüşüb.

Tədbirdə bəstəkar, Xalq artisti Tofiq Bakıxanov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və başqa incəsənət xadimləri də çıxışlar ediblər.

Qeyd edək ki, tədbirin bədii hissəsində Nəriman Məmmədovun əsərlərindən ibarət konsert proqramı təqdim olunub, bəstəkarın müsahibələri və əsərlərinin musiqi ifaları olan videoyazılar nümayiş edilib.

# 794 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news