Niyə şeirdən nəsrə keçdim? - Aqşin Yenisey

Niyə şeirdən nəsrə keçdim? - Aqşin Yenisey
calendar 22 oktyabr 2024
clock 11:38

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Məndən tez-tez soruşurlar: niyə şeirdən nəsrə keçdin?

Bu sualı, əslində, Qərb ədəbiyyatına vermək lazımdır. Çünki şeirdən nəsrə ən birinci Qərb ədəbiyyatı keçib.

Nə vaxt? XIV-XV əsrlərdə Avropada tüğyan edən vəba epidemiyasından sonra.

Tarixdə ilk romanın gizli müəllifi taundur.

Sənət, ümumiyyətlə, depressiyanın təzahürüdür.

Sənət məzmunca depressivdir.

Sosrealizm ona görə bayağıydı və unuduldu ki, sənətin bu var olma səbəbinə qarşı çıxırdı.

Şeir qısamüddətli, ötəri depressiyanın ifadəsidir.

Taunun depressiyasını şeirlə ifadə etmək mümkün deyildi.

Daha ağır depressiyanı daşıyacaq janr tələb olunurdu.

Bu yükü çiyninə roman götürdü.

Bütün qitənin depressiyasını özünə yüklədi.

Asiya romana ehtiyac duyan bu cür qitəmiqyaslı depressiya yaşamadı, lokal, milli, qısamüddətli depressiyalarıyla baş-başa qaldı.

Şairin yazıçıya çevrilməsi də fərdi depressiv halıyla bağlıdır.

Cüzi olanın dərkindən doğan ötəri depressiyalar külli olanın dərkiylə xronikiləşir.

Xoşbəxtlik hissiylə əbədi vidalaşandan sonra misralara yavaş-yavaş cümləyə, şeirlər yavaş-yavaş nəsrə çevrilir.

# 653 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news