“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” ictimaiyyətə təqdim edildi

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası”  ictimaiyyətə təqdim edildi
calendar 21 may 2024
clock 17:47

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib.

Kulis.az xəbər verir ki, üçillik icra müddəti olan layihənin məqsədi Nizami Gəncəvinin əlyazmalarının sayı və dünyada yayılması haqqında dəqiq məlumat toplamaq, bu əlyazmaların sayını, mənbələrini, həqiqiliyini və keyfiyyətini sənədləşdirən vahid resurs yaratmaqdır.

Xatırladaq ki, 2022-ci il noyabrın 11-də Oksford Nizami Gəncəvi Mərkəzində Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqunun və məlumatlar bazasının yaradılması ilə bağlı layihə qəbul edilib. Layihənin direktorları Oksford Universitetindən farsşünaslıq professoru Edmund Herziq və Azərbaycandan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın vitse prezidenti, akademik Nərgiz Paşayevadır. Onlar layihənin öz ölkələrində işinə və ümumilikdə layihəyə nəzarəti həyata keçirirlər.

Mayın 20-də Bakıda keçirilən dəyirmi masada Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin alimləri, şərqşünas mütəxəssislər iştirak ediblər.

# 501 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news