Nizami Gəncəvinin yeni kitabı çap edildi

Nizami Gəncəvinin yeni kitabı çap edildi
calendar 4 oktyabr 2022
clock 17:00

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk mədəniyyətinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir. Fondun növbəti layihəsi “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın nəşridir.

Kitabda Türk Dünyasının böyük mütəffəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin uşaqlar üçün müxtəlif illərdə işlənmiş variantları yer alıb. Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə və digər görkəmli ədiblərin ərsəyə gətirdiyi bu nümunələr “Xəmsə”dəki yüksək insani xüsusiyyətlərin tərənnüm olunduğu tərbiyəvi əhəmiyyətə malik əsərləri uşaqlara daha anlaşıqlı şəkildə təqdim edir.

Nəşr layihəsin rəhbəri və kitabın ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Nəşrin redaktoru Fərid Hüseyn, məsləhətçisi Səlim Babullaoğludur.

Türk xalqlarının zəngin ədəbiyyat xəzinəsinə, musiqisinə, incəsənətinə töhfə vermiş dahi şəxsiyyətlərin dünya miqyasında tanıdılması yönündə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Nizami Gəncəvi irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyalara çatdırılması istiqamətində müxtəlif dillərdə kitablar nəşr etmiş, böyük mütəfəkkirə həsr olunmuş tədbirlər həyata keçirmişdir. Uşaqların ixtiyarına verilən bu kitab Türk

Dünyasının milli-mənəvi dəyərlərini, eləcə də əcdadlarımızdan bizlərə miras qalan əxlaqi keyfiyyətləri müasir dövrdə yetişən yeni nəsillərə aşılamaq məqsədi daşıyır.

Qeyd edək ki, topluda Nizaminin “Sehirli üzük”, “İki rəssam”, “İlin fəsilləri”, “İsgəndər və çoban”, “Süleyman və əkinçi”, “Zalım padşah və qoca”, “Kərpickəsən qoca”, “Bülbül və qızılquş”, “Xeyir və Şər”, “Nurşirəvan və bayquşların söhbəti” və digər məşhur əsərləri yer almışdır.

# 1982 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news