Nyu-Yorkda İpək Yolu Festivalı keçirildi

Nyu-Yorkda İpək Yolu Festivalı  keçirildi
calendar 2 iyul 2024
clock 10:09

Nyu-Yorkda “My Way” (“Mənim Yolum”) Yaradıcılıq İnkişafı Mərkəzi tərəfindən təşkil edilən İpək Yolu Festivalı (Silk Road Festival) keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan, Gürcüstan, Monqolustan, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan 175 iştirakçı öz ölkələrinin mədəniyyətini təqdim ediblər.

Tədbirdə çıxış edən “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlova festival iştirakçılarına uğurlar arzulayıb.

Peşəkar sənətçilərin və uşaqların qatıldığı festivalda Azərbaycanı Fərizə Dudarovanın rəhbərliyi ilə “Qafqaz Ritmləri” rəqs qrupu “Yallı” və “Tərəkəmə” rəqsləri ilə təmsil edib.

Tədbir çərçivəsində “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin incəsənət məsələləri üzrə direktoru, istedadlı pedaqoq, heykəltaraş və rəssam Emin Quliyevin “İpək Yolu səyahəti” İncəsənət layihəsi təşkil edilib. Layihə çərçivəsində 4-24 yaş arası olan 276 uşaq və gənc arasında “Ən yaxşı rəsm” yarışı keçirilib.

Nyu-Yorkda artıq 5-ci ildir ki, təşkil olunan festival İpək Yolu marşrutuna daxil olan ölkələrin mədəniyyətini nümayiş etdirir.

Festivalın iştirakçıları şəhər meriyası və yerli ictimai xadimlər tərəfindən mükafatlandırılıblar.

# 586 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news