“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət

“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
calendar 1 avqust 2024
clock 16:21

“Kuklaçı olmaq kənardan çoxlarına asan görünsə də, heç də asan sənət deyil. Bu peşəni təəssüf ki, İncəsənət Universitetində öyrətmirlər. Gələn aktyorları teatrda peşəkar aktyorlar öyrədirlər. Hər kuklaçı aktyor istənilən teatrda, kinoda gözəl rollar yarada bilər, amma hər aktyor Kukla Teatrının aktyoru ola bilmir. Çünki çox çətindir. Spesifik bir sahədir, bu işin həddən çox xırdalıqları var”.

Kulis.az xəbər verir ki, bu fikirləri Lent.az-a verdiyi müsahibədə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aparıcı aktrisası Aygül Ağayeva səsləndirib.

O deyib ki, bu teatrın aktyorları illərlə səhnədə olsalar da, onların üzləri görünmür, tanınmırlar.

“Amma bizim əziyyətimiz başqa teatrların aktyorlarınınkından qat-qat çoxdur. Pərdə altında, əlində saatlarla 5-8, bəzən daha ağır kuklalarla çıxış eləmək, onları düzgün hərəkətə gətirmək, canlandırmaq asan iş deyil. Bir stəkan suyu 15 dəqiqə əlini tərpətmədən havada saxlasan yorulursan, amma biz gün olub ki, hər biri 45 dəqiqə olmaqla eyni gündə 3 dəfə səhnəyə çıxmışıq. Bunun müqabilində maaşlarımız çox azdır. 13 kateqoriyada olan aktrisayam. Maaşım 560 manatdır. Kateqoriyası aşağı olan, yeni gələn aktyorlar daha az maaş alırlar. Direktorumuz Rəşad Əhmədzadə dəfələrlə nazirliyə müraciət eləsə də, bizim teatrı arxa planda saxlayırlar. Milli və ya Akademik status alsaq, maaşlarımız ikiqat artar. Biz beynəlxalq festivallardan daima mükafatlarla gəlirik, ildə göstərdiyimiz tamaşaların sayı Akademik Dram Teatrının tamaşalarının sayından çoxdur. O böyüklükdə kollektivdə cəmi iki nəfərə Xalq artisti fəxri adı verilib. Teatrdan təqdimat getsə də, nazirlik vermir. Aktyorlarımızın sosial vəziyyətinin yaxşılaşması üçün teatrımızın status almasını çox istəyirik”.

# 596 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news