"Onu oxumağa qoymurdular" - Cavanşir Quliyev Aygün Bəylərdən danışdı

"Onu oxumağa qoymurdular"  - Cavanşir Quliyev Aygün Bəylərdən danışdı
calendar 7 yanvar 2024
clock 18:00

“Aygün bütün müğənnilər kimi rahat ömür yaşamadı, onun ömrü özünü oda-közə vurmaqla keçdi. Heyf oldu getdi. Azərbaycan yaxşı bir insanı, gözəl bir sənətkarını itirdi”.

Kulis.az xəbər verir ki, bu sözləri Lent.az-a bəstəkar Cavanşir Quliyev Aygün Bəylərlə bağlı xatirələrini bölüşərkən deyib.

“Onunla ilk dəfə 1993-cü ildə təsadüfən tanış olmuşduq. O, məktəblilər flarmoniyasının ansamblında nağarada ifa edirdi. Mənə dedi ki, oxumaq istəyir, amma onu ansamblda oxumağa qoymurlar. Onun səsini yoxlamaq istədim. Mən oxumaq istəyənləri həmişə “Qara gilə” mahnısı ilə yoxlayıram. Dedim, “Qaragilə”ni oxu. Elə oxudu, heyran qaldım. İlk dəfə efirə onu mən çıxardım, Nahid Hacızadənin sözlərinə yazdığım “Dağlar” mahnısı ilə AzTV-nin elan etdiyi vətənpərvərlik müsabiqəsində qalib oldu. O mahnını bu gün sosial şəbəkə hesabımda paylaşmışam”.

Mənə həmişə “məllim” deyə müraciət edirdi, çox səmimi, xətir-hörmət bilən insan idi. Sonralar mən xaricə getdim, bir az uzaq düşdük. 2 il öncə qayıtdım və Aygünlə 6-7 mahnı yazdıq. Heyf ki, üzə çıxarmağa zamanı qalmadı”, - deyə o qeyd edib.

Cavanşir Quliyev əlavə edib ki, Aygün Bəylər yaşasaydı, bəstəkar kimi də öz istedadını göstərə bilərdi:

“Bəstəkarlıq bir peşədir, onun buna da istedadı var idi. Bəstəkarlıq üzrə ali təhsil almışdı. Amma zamanı olmurdu. Aygün digər müğənnilər kimi rahat həyat yaşamadı, çox çalışırdı, tək idi, zəhmətkeş idi. Çox dürüst, düşüncələrini olduğu kimi dilə gətirən insan idi. Buna görə, onunla sözümüz tuturdu. Heyif oldu getdi”.

# 2877 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news