“Ozan dünyası” jurnalının builki ilk sayı işıq üzü gördü

“Ozan dünyası” jurnalının  builki ilk sayı işıq üzü gördü
calendar 16 fevral 2024
clock 11:00

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalda folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilib.

Baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu olan jurnalda Xalq şairi Zəlimxan Yaqubun XX əsrin görkəmli ustad aşıqlarından olan Xındı Məmməd haqqında yazdığı və indiyədək heç yerdə çap olunmayan yazısı və ona həsr etdiyi şeir yer alıb.

Jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, AMEA Folklor İnstitutunun əməkdaşı Şəbnəm Haqverdiyevanın “Sazbəndlik sənəti və sazbəndlər”, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Ağız ədəbiyyatını yazılı ədəbiyyata qovuşduran aşıq – Molla Cuma”, Əməkdar jurnalist Nizami Məmmədzadənin “Aşıq Əmrah ucalığı”, araşdırmaçı İşıqlı Atalının “Çağdaş Azərbaycan zurna-balaban yaratıcısı”, Musa Nəbioğlunun “Ustadlar ustadı Sadıq Sultanov”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mənsurə İsmayılovanın “Ustad sənətkarların həyat hekayəti: dastan-rəvayətlər”, Araz Yaquboğlunun “Hər sözü dillərdə bal olan şair”, Həzi Həsənlinin “Dəlidağın bala Ədaləti” adlı məqalələr də öz əksini tapıb.

# 805 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news