Özbəkistan teatrı Azərbaycana qastrol səfərinə gələcək

Özbəkistan teatrı Azərbaycana qastrol səfərinə gələcək
calendar 3 noyabr 2022
clock 18:30

Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrı dekabrın 2-də Azərbaycana qastrol səfərinə gələcək.

Kulis.az xəbər verir ki, özbək teatrı səfər çərçivəsində Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını nümayiş etdirəcək.

Tamaşa dekabrın 2, 4 və 6-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində oynanılacaq.

Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqan teatrına dəvət olunmuşdu.

Qeyd edək ki, “Qaynana” tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatrda) səhnəyə qoyulub. Bənzərsiz Xalq artistimiz Nəsibə Zeynalova bu tamaşada unudulmaz obrazı ilə milyonların qəlbini fəth edib.

Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qaynana” tamaşasında isə Cənnət obrazını Özbəkistanın əməkdar artisti, “Dostluq” ordenli Gülbahar Məmmədova ifa edəcək.

Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.

Azərbaycan və Özbəkistan teatrlarının birgə yaradıcılıq işinin tamaşaçısı olmaq istəyən hər kəs biletləti şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər.

Report

# 1433 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news