Parisdə Qarabağ milli geyimləri nümayiş olundu - Foto

Parisdə Qarabağ milli geyimləri nümayiş olundu - Foto
calendar 9 mart 2024
clock 11:50

Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Qarabağ milli geyimlərinin nümayişi keçirilib.

Kulis.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü mübasibətilə ölkəmizin Parisdəki Səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ cəsarət və gözəllik əfsanəsi” moda nümayişində respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, yerli iş adamları, moda həvəskarları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən L.Abdullayeva ölkəmizdə qadınların hüquqlarından bəhs edib, Azərbaycan qadının cəmiyyətdə oynadığı yüksək rolundan danışıb. Səfir Azərbaycanda dünyada ən qabaqcıl qərb ölkələrindən belə öncə qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb, qızlar üçün açılmış ilk qeyri-dini təhsil ocağının qədim tarixinə toxunub və Azərbaycandakı dünyəvilik ənənələri haqqında məlumat verib.

Könül Vəlibəyli tərəfindən 2008-ci ildə təsis edilən “Bakı Milli Geyim Evi”nin ərsəyə getirdi Qarabağ milli geyimlərinə hərs edilmiş dəfilə qonaqların böyük marağına səbəb olub. Təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə Şuşanın milli naxışları əksini tapıb. Dəfilənin keçirilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.

# 973 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news