"Partkomu Şirzad olanın, komsomolu da sizin kimi olar" — Ağarza Elçinoğlu

"Partkomu Şirzad olanın, komsomolu da sizin kimi olar" — Ağarza Elçinoğlu
calendar 12 fevral 2024
clock 13:00

Kulis.az Ağarza Elçinoğlunun yeni yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatı heç vaxt olmadığı kimi tənəzzül dövrünü yaşayır. Repressiv rejim XX əsrin 30-40-cı illərində şair və yazıçılarımıza göz açdırmırdısa, indi onlar özləri bir-birlərinin ətini didirlər. Mən də sağlam rəqabətdən yanayam, fəqət, qələm əhlinin bugünkü xaotik vəziyyətinə "dərəbəylik"dən başqa ad vermək mümkün deyil.

Adama deyərlər, sən kimsən ki, ədəbiyyatı və əhli-qələmi tənqid edirsən, özünü yuyulmamış çömçə kimi ortaya atırsan? Amma qazan deyir dibim qızıldır, çömçə də qayıdır ki, indicə ordan bulanıb çıxmışam. Bir sözlə, mən də bu mühitin bir parçasıyam. Buna görə də daxildə gedən prosesləri, kimin hansı simə vurduğunu çox yaxşı bilirəm...

Problemin mahiyyətini dərk etmək üçün əvvəlcə iki məsələni misal çəkmək istəyirəm:

Musa Yaqub gənc yaşlarında bir qızı sevsə də, qızı ona vermirlər. Qız da ona ərə getməkdən imtina edir. Xeyli zaman keçir, şair İsmayıllıda "Zəhmətkeş" qəzetinin baş redaktoru işləyirmiş. Bir qadın – ərindən boşanmış, çökmüş, pərişan halda, iki övladı ilə Musa Yaqubun otağına gəlir. Və həmin məşhur şeir yaranır: "Qış olub üstümə niyə gəlmisən?!"

Vaxtilə "Oxuma, tar! Səni Sevmir proletar" deyən Süleyman Rüstəmə də Mikayıl Müşfiq şeirlə, ədəbi dildə belə cavab vermişdi:

"Oxu, tar, oxu, tar! Səni kim unudar?!" Yəni problemlərdən doğan şedevrlər ortaya çıxırdı. Biri söz atırdısa, yuxarını tərifləmək üçün nəsə yazırdısa, onu ədəbi dildə çatdırırdı, cavabı da elə verilirdi ki, nəticə göz qarşısındadır...

İndi isə bir yazıçı və ya şairin əsərinə, yaxud da şəxsinə onun öz qələm yoldaşı feysbukda elə sözlər yazır ki, deyirəm indi "lal Hüseyn" vurub "Rüstəm kişi"nin başını yaracaq.

Amma sabah-birigün nə görsəm yaxşıdır, mehrihan düşmənlər birgə şəkil çəkdirib paylaşıblar. Bir sözlə, ölkənin ədəbi mühiti şou-biznes olub.

Əslində, onları da qınamıram. "Ziyalıları" belə edirsə, xələfləri də onlardan tökülənləri yığışdırmalıdır. "Böyük Dayaq" filmində deyildiyi kimi, "partkomu Şirzad olanın, komsomolu da sənin kimi olar"...

Belə vaqiələri görüb, müsəlman məsciddən çıxan kimi ədəbiyyatdan uzaqlaşıram. İndi də üzümü tutmuşam qurbanolduğuma.

Deyirəm:

Ay Allah, unutma yaratdığını,
Gör ki, nələr çəkir Yerdə, bilirsən?
Səndən əlimizi üzsək də hərdən
Tək ümid yerimiz yenə də sənsən...

# 1170 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news