“Professor Nizami Xudiyev” adlı kitab sərgisi açıldı

“Professor Nizami Xudiyev”  adlı kitab sərgisi açıldı
calendar 30 mart 2024
clock 15:00

Professor Nizami Xudiyevin anadan olmasının 75 illiyi münasibətilə Milli Kitabxanada “Professor Nizami Xudiyev” adlı kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, “Ön söz” yazdığı və yaradıcılığı haqqında kitablar, mətbuatda çap olunmuş elmi məqalələri nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyev 1949-cu il aprelin 1-də anadan olub. Müstəqil Azərbaycanın elmi və pedaqoji fikrinin inkişafında görkəmli ictimai xadim, elm təşkilatçısı Nizami Xudiyevin mühüm rolu var.

Ömrü boyu səmərəli axtarışlar aparan Nizami Xudiyevin elmi yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun tədqiqatları mövzu və istiqamətinə görə Azərbaycan ədəbi dil tarixi, nitq mədəniyyəti, bədii əsərlərin dili, üslubiyyat, türkoloji dilçilik problemləri ilə bağlıdır. Dünyanın bir çox ölkələrində dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələrlə çıxışlar edib.

# 837 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news