"Puççiniyə ithaf" adlı konsert keçirildi

"Puççiniyə ithaf"  adlı konsert keçirildi
calendar 4 may 2024
clock 10:30

Mayın 3-də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində italyan bəstəkar Cakomo Puççininin vəfatının 100-cü ildönümünə həsr edilmiş "Puççiniyə ithaf" adlı konsert olub.

Kulis.az xəbər verir ki, tədbirdə görkəmli bəstəkarın Cüzeppe Cakozanın librettosu əsasında yazdığı "Bohema" operası nümayiş olunub.

Əsərin orkestr və musiqi tərtibatçısı Aleksandr Krampe, səhnə tərtibatçısı Qrişa Asaqarov, musiqi rəhbəri və dirijoru isə Alberto Veronesidir.

"La Scala" Akademiyasının solistləri Fiorentina Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Xatırladaq ki, “Bohema” Cakomo Puççininin Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 4 pərdəli operadır. Cakomo Puççininin on iki operasından dördüncüsü sayılır. Librettosu Anri Mürjrnin "Bohemanın həyatından səhnələr" əsəri əsasında yazılıb. Əsərin ilk premyerası 1896-cı ildə dirijor Arturo Toskanininin müşayiətində Turində olub.

# 785 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news