Qazax Dövlət Dram Teatrının gələcək repertuarı

Qazax Dövlət Dram Teatrının gələcək repertuarı
calendar 8 mart 2024
clock 12:27

Qazax Dövlət Dram Teatrı mart ayında bir-birindən maraqlı tamaşalarla tamaşaçıların görüşünə gələcək.

Kulis.az xəbər verir ki, 10 mart peşəkar Azərbaycan teatrının yaranmasının 151 illiyi münasibətilə Ağalar İdrisoğlunun "İnan mənə" pyesi əsasında rejissor, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin hazıladığı tamaşa nümayiş etdiriləcək.

Mart ayının 12-də Azərbaycan Teatr Xadimləri İttifaqının dəvətilə Bakıda Aktyor evində Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında rejissor Mirzə Nicatın hazırladığı "Love Butik" tamaşası nümayiş etdiriləcək.

Mart ayının axırlarında türk yazıçısı Turqut Özakmanın "Adət" pyesinin məşqlərinə başlanılacaq. Əsəri tamaşaya Əməkdar artist Xəzər Gəncəli hazırlayacaq.

Aprel ayından Əli Əmirlinin "Onun iki qabırğası" komediyasının məşqləri başlayacaq. Quruluşçu rejissor teatrın baş rejissoru Musa Eyyubovdur.

Sentyabr ayından F. Gilyermonun "Ezop" pyesinin məşqləri olacaq. Rejissoru Əməkdar artist Xəzər Gəncəlidir.

Məktəblilərin yaz tətili günlərində Vüsal Hüseynovun rejissorluğunda "Keçəlin toyu" tamaşası göstəriləcək.

İl ərzində teatrın respublikanın rayonlarına və Bakı şəhərinə qastrol səfəri nəzərdə tutulur.

# 1056 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news