"Qəhrəmanlar müəllimlərdir" sənədli filmi çəkildi

"Qəhrəmanlar müəllimlərdir" sənədli filmi çəkildi
calendar 17 mart 2023
clock 15:40

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Mən səni sevirəm, müəllim" layihəsi çərçivəsində "Qəhrəmanlar müəllimlərdir" adlı filmin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə çəkilən sənədli film dörd nəsildən olan dörd müəllimin hekayəsini dörd məktəbin hekayəsi ilə birləşdirir.

Filmin qəhrəmanları Qobustan rayon Sündü kənd tam orta məktəbinin əməkdaşı olmuş Əməkdar müəllim Əhməd Seyidəhmədov, Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin müəllimi Kəmalə Hümbətova, Qusar rayon İmamqulu kənd orta məktəbinin müəllimi Suqra Cəfərova və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin müəllimi Aysel Babayevadır.

Filmin çəkilişləri dörd fərqli sosioloji seqmentə malik məktəbdə aparılıb və dörd nəsildən olan dörd müəllimdən müsahibələr alınıb. Müsahibələr zamanı müəllimlər təhsilə baxışlarını, cəmiyyətin inkişafında təhsilin oynadığı rolu, təhsilverənlərin hansı maneələr və çətinliklərlə mübarizə apardıqlarını, ötüb-keçən illər ərzində nələrin dəyişdiyini, nələrin dəyişməli olduğunu, bir sözlə, təhsillə bağlı öz xatirə və düşüncələrini bölüşüblər.

Qeyd edək ki, layihənin rəhbəri Sevinc Fədai, sənədli filmin ssenari müəllifi yazıçı-ssenarist Tural Cəfərov, rejissoru Emil Alidir.

Layihənin məqsədi cəmiyyətdə məktəbin, müəllimin nüfuzunu artırmaq prosesinə töhfə verməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün isə müəllimlərin çətin və fədakar əməyi, onların rastlaşdığı maneələr, ötüb keçən onlilliklər ərzində təhsil prosesində nələrin dəyişdiyi, nələrin dəyişəcəyi ilə bağlı təəssüratlar filmdə kino dili ilə təsvir edilib.

# 1224 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news