Qənirə Paşayevanın xatirəsinə həsr edilmiş kitab çap olundu

Qənirə Paşayevanın xatirəsinə həsr edilmiş kitab çap olundu
calendar 27 sentyabr 2024
clock 18:00

Ankarada ictimai- siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan bu kitab Q. Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.

Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb.

Məqalələrdə Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında dərin fikirlərini bölüşərək, Q.Paşayevanın böyük ictimai xadim kimi fəaliyyətini vurğulayıblar.

Şəhla Aslan bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və ona olan fikirləri gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir: “Bu kitabda Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə Q. Paşayevaya olan düşüncələri əks etdirir, onun həyat yoluna, fəaliyyətinə işıq tutulur. Kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək”.

# 529 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news