Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirildi

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirildi
calendar 27 aprel 2024
clock 11:00

Aprelin 26-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qırğız Mədəniyyəti Günlərinin təntənəli bağlanış mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov Qırğız Mədəniyyət Günlərinin iki dövlət arasında mədəni əlaqələr baxımından daha da inkişaf etməsində böyük rolu olduğunu vurğulayıb. Bugünkü əməkdaşlığın gələcəyə nikbin baxmağa şərait yaratdığını bildirən nazir deyib: “Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycan, həm də Qırğızıstanın çoxşaxəli imkanları var. Müasir Qırğız və Azərbaycan mədəni əlaqələri xalqlarımızı daha da yaxınlaşdıracaq”.

Sonra A.Maksutov yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlını medal ilə təltif edib.

“Dost və qardaş Qırğız xalqı ölkəmizdə zəngin mədəniyyətini yüksək səviyyədə təqdim etdi. Qırğız Mədəniyyət Günləri çərçivəsində görkəmli sənətkarlar çox böyük ustalıqla musiqi nömrələri ilə çıxış ediblər”, - bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Murad Hüseynov söyləyib. O diqqətə çatdırıb ki, iki dövlət arasında qurulan münasibətlər müsbət tendensiyada inkişaf edəcək.

Tədbirdə qonaq ölkənin incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edərək tamaşaçıların zövqünü oxşayıb.

Qeyd edək ki, qırğız ifaçılarının nümayiş etdirdiyi musiqi və rəqs nömrələri maraqla qarşılanıb.

# 745 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news