Qismət Rüstəmovun yeni kitabı çap olundu

Qismət Rüstəmovun yeni kitabı çap olundu
calendar 25 oktyabr 2024
clock 16:20

Qismət Rüstəmovun "Güzgülü pərdə" adlı yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllifin müxtəlif jurnallarda, qəzetlərdə, mədəniyyət portallarında kino sənəti ilə bağlı yazdığı esselər toplanıb.

İstənilən bədii əsər öz oxucusu, tamaşaçısı ilə şərti, xəyali bir müqavilə ilə başlayır. Möhürsüz, imzasız bu müqaviləyə əsasən hər bir oxucu, tamaşaçı bir azdan daxil olacağı dünyanın alternativ qaydalarını qəbul edir. Bu alternativ reallıqda kimsə gecənin narahat yuxusundan oyanıb böcəyə çevrildiyini görə bilər, bir neçə adamın hər hansı bir şəhərdə bir gün ərzində yalnız fikrindən keçənləri nəql oluna bilər. Mənə görə, sənətin bədii-alternativ dünyasında baş verənləri, oranın özünəməxsus qanunlarını, kənarçıxmalarını real həyatın qaydalarına əsasən ölçmək faydasız işdir. İncəsənət həyatın birəbir surəti, əkiz tayı, solğun kseroksu deyil; əksinə, gerçəkliyin müəllifin daxili laboratoriyasında – xəyal məngənəsində, fantaziya dəzgahında, yuxu ilə ayıqlıq arasında baş tutan kimyəvi təcrübədə yaratdığı alternativ reallıqdır. Filmlər bu alternativ reallığın rəngli yuxularıdır.

# 389 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news