"Qobustan" sənət toplusunun yaz sayı çapdan çıxdı

"Qobustan" sənət toplusunun yaz sayı çapdan çıxdı
calendar 5 mart 2022
clock 17:40

"Qobustan" sənət toplusunun yaz sayı çapdan çıxıb. Dərgi 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib.

Kulis.az xəbər verir ki, burada öz sahəsində ilklərə imza atmış XIX-XX əsrin Qadın simaları da var, müasir xanımlar da... Rəssamlıq sənətimizdə fırçaları ilə rəngarəng izlər buraxmış xanımlar, yaxud kino, teatr sahəsində özünəməxsus yeri olan aktrisalar haqqında müxtəlif məqalələrin yer aldığı dərgidə müəlliflər də qadınlardır...

- Tanınmış yazıçı Təranə Vahid «Odla təmas və ya zərif qanadların uçuşu» məqaləsində sənətin müxtəlif yönlərində birinci olan xanımlardan yazır.

- Dərgi yazıçı Günel Anarqızının ad gününü Narıngül Nadirin məqaləsi ilə təbrik edir.

- Kəmalə Səlim Müslümqızı «Cənubi Azərbaycanın xatunu»ndan, Pərvin Etisamidən söz açır.

- Gənc filoloq Xumar Paşazadə Nurəngiz Gün haqda məqaləsində şairənin ömür və yaradıcılıq yoluna nəzər salır.

-Sevilən aktrisa Zemfira Əbdülsəmədova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır...

- Humay Quliyevanın «Anam haqda dörd esse» silsiləsini dərginin baş redaktoru Pərvin «Uçmaq üçün» məqaləsi ilə təqdim edir...

- Sevinc Kərimzadə gənc və istedadlı vokalist xanım İslama Abdullayeva ilə söhbətinin təəssüratlarını bölüşür.

- Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli «Rəssam qadınlarımız» məqaləsində təsviri sənətimizdə izləri olan xanımlardan söz açır.

- Aysel Kərim «Yoxluğunu bilə-bilə» məqaləsi ilə bəstəkar Elza İbrahimovanın təkrarsız mahnılarından və kədərli həyat yoldan danışır.

- Aynur Hilali «Tarixdə türk qadını» essesi ilə Azərbaycan-türk xanımlarının xarakterinin tarixi köklərinə nəzər salır...

- "Söz gənclərdə" layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Qarabağ müharibəsi zamanı fədakarlıqlar göstərmiş Fulya Öztürkə həsr olunmuş "Fulya" filminə aid təəssüratlarını bölüşürlər.

-Zülfiyyə Qəniyevanın "Qurama"sında fərqli qadınlar haqda kiçik, amma maraqlı faktlar yer alıb.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news