Qubada “Sazlı-sözlü kəlağayı günləri”

Qubada “Sazlı-sözlü kəlağayı günləri”
calendar 4 aprel 2024
clock 18:40

Quba Rayon İcra Hakimiyyətinin və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Sazlı-sözlü kəlağayı günləri” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən "Mirvarid Dilbazi Poeziya Məclisi" sədri Güllü Eldar Tomarlı tədbirin keçirilməsində məqsədin milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği və adət-ənənələrin yaşadılması olduğunu bildirib. Vurğulanıb ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. “Bizim üçün çox əlamətdardır ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, - deyə o qeyd edib.

Digər çıxış edənlər “Sabahinfo.az” saytının redaktor müavini Elnarə Həziyeva, Quba Rayon İcra Hakimiyyəti başçısı yanında "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya"nın məsul katibi Mariya Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Xalidə İlyasqızı Azərbaycan kəlağayısının gözəlliyi, mənəvi dəyəri, tədbirin əhəmiyyəti barədə geniş məlumat veriblər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib.

# 715 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news