Ramiz Rövşən: "Artıq rejissorların nəsə çəkməyinə ehtiyac yoxdur"

Ramiz Rövşən:  "Artıq rejissorların nəsə çəkməyinə ehtiyac yoxdur"
calendar 23 sentyabr 2023
clock 14:27

“Həm 1 günlük, həm də 44 günlük müharibə dünya tarixində nadir savaşlardandır ki, bütün dünyanın gözünün qabağında hər nöqtəsinədək aydın şəkildə görsənir. Heç kimdən gizli heç nə yoxdur”.

Kulis.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.

O, hər şeyin göz önündə olduğunu qeyd edib: “Artıq rejissorların nəsə çəkməyinə ehtiyac yoxdur. Hazır çəkilib. Bütün cəsarət və qəhrəmanlıqla birlikdə bu ifadəni işlətmək olar: namuslu vuruşma. Oğru kimi yox, xəlvətdən mina təmizlənmiş yerə mina qoymaq yox. O, insan xislətı deyil. Biz isə açıq-aydın... Gücümüz budur”.

Ramiz Rövşənin sözlərinə görə, son hadisələr hər halda, ermənilər üçün dərs olacaq: “Yevlax görüşü də yəqin dərs olacaq. Düzdür, ermənilərin xislətinə bələdəm, amma hər halda dərs olacaq. Elə xəstəliklər var ki, mütləq cərrahi əməliyyatı olmalıdır, başqa yolu yoxdur. Nə qədər kədərli olsa da belədir. Və o 1 günlük hərbi əməliyyatı təkcə əməliyyat saymıram, həm də o, cərrahi əməliyyat idi. Göstərdi ki, onlar yalançı təkəbbürdən, yalançı özündənrazılıqdan kəsildi və gəldilər ağ bayraq qaldırdılar”.

# 1571 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news