Rasim Balayev: "Axmaq, əhəmiyyətsiz, səviyyəsizdilər"...

Rasim Balayev: "Axmaq, əhəmiyyətsiz, səviyyəsizdilər"...
calendar 11 iyun 2022
clock 14:45

Xalq artisti Rasim Balayev Əməkdar incəsənət xadimi Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudovun onun haqda səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri mtbuata açıqlaması zamanı ona irad bildirən rejissorlara cavab verib:

“Onlara nə cavab verim? Axmaq, səviyyəsiz adamlardır. Məni camaat seçib. Özü də bizdə legitimdir, o birisi təyinatladır. Onlara cavab vermək istəmirəm. Əhəmiyyətsiz insanlardır. Hər dəqiqə bir dondan o birinə girən adamlardır. Bu haqda heç nə deyə bilmərəm”.

R. Balayev həmçinin kino aləminin iki hissəyə bölünməsi ilə bağlı səsləndirilən fikirlərdən də danışıb:

“Kino aləmi var? Yoxdur! Kinoda əsas çəkilişdir. O da yoxdur. Kino çəkilişi olmasa, bu ittifaq nəyə lazımdır? Çəkiliş olmalıdır. O da hələ ki yoxdur. Görək, agentlik yaradıblar, onlar nə edəcək? Amma çəkiliş olmasa, ittifaq da heç nəyə lazım deyil”.

Qeyd edək ki, A. Salayev mətbuata açıqlamasında R. Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinin heç nəyi dəyişməyəcini deyib. Şeyx Əbdül Mahmudov isə Lent.az-a Rasim Balayevin kinoya xəyanət etdiyini, kinonun sahibinin rejissorlar olduğunu söyləyib. Onun fikrincə, Balayev bu işlə razılaşmamalı idi.

# 15509 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news