“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanıldı

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanıldı
calendar 17 noyabr 2020
clock 13:03

“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub. “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adı altında layihənin icrasına başlanılıb.

Kulis.az xəbər verir ki, layihənin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, musiqi xadimləri yaxından iştirak edir.
Layihə çərçivəsində xalq artistləri Zümrüd Məmmədova (xanəndə), Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança) ixtisas fənlər üzrə region müəllim və şagirdlərə onlayn ustad dərsləri keçəcəklər. Bununla ustad ifaçılar regionlarda yaşayan istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçməklə onların yaradıcılığına dəstək olacaq.

Layihə çərçivəsində Azərbaycanın musiqi məktəbləri vasitəsilə ətraf rayon və kəndlərdən digər istedadlı musiqiçilər də onlayn dərslərə cəlb ediləcək.

# 270 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news